• cümə axşamı, 26 dekabr, 16:01
  • Baku Bakı 10°C

Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşüb

31.05.23 11:30 12927
Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşüb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstana səfəri çərçivəsində Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi, millət vəkili Tamaş Menszer ilə görüşüb.
Günay Əfəndiyeva Fond tərəfindən qədim Türk mədəniyyətinin təşviqi istiqamətində təşkil edilən tədbirlərdən, təşkilatın üzv və müşahidəçi dövlətlərini əhatə edən Türk irsinin qorunmasına yönəlmiş beynəlxalq layihələrdən bəhs edib. Fondun prezidenti Türk dövlətləri və təşkilatları arasında davam edən inteqrasiya proseslərinin vacibliyini xüsusi vurğulayıb. Günay Əfəndiyeva cari ilin yanvar ayında Avropanın Mədəniyyət Paytaxtı Vezsprem şəhərinə  səfərini xatırlayaraq, bu il Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa şəhəri və Vezsprem arasında imzalanmış Anlaşma Memorandumu ilə əlaqələrin gücləndirildiyinə toxunub. Fondun rəhbəri həmçinin, təşkilatın müşahidəçi üzv dövləti olan Macarıstan ilə əməkdaşlıq çərçivəsində “Macar yazıçılarının antologiyası”nın hazırlanması, Bela Bartok, Mikloş Radnoti və digər görkəmli şəxsiyyətlərinin yaradıcılıqlarının təbliği sahəsində Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb.
Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Tamaş Menszer Fondun fəaliyyətini yüksək qiymətləndirərək, Macarıstan musiqisinin və ədəbiyyatının dünya səviyyəsində təbliğ edilməsinə görə təşkilata minnətdarlığını bildirib və bu istiqamətdə daim dəstək göstərməyə hazır olduqlarını qeyd edib. Macarıstanı Türk Dünyasının Avropaya qapısı adlandıran Tamaş Menszer, Türk dövlətləri ilə əməkdaşlığın önəmindən, Avropanın Mədəniyyət Paytaxtı  Vezprem və Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa arasında iş birliyindən söz açıb.
Görüşdə Fond və Macarıstan arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

 

banner

Oxşar Xəbərlər