• cümə, 26 Aprel, 20:40
  • Baku Bakı 22°C

Gültəkin Hacıbəyli xüsusi ittiham qaydasında məhkəməyə verilib

30.11.22 14:00 800
Gültəkin Hacıbəyli xüsusi ittiham qaydasında məhkəməyə verilib

Keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Bu barədə "Report"a onun vəkili Bəhruz Bayramov bildirib.

O qeyd edib ki, Leyla Arif adlı şəxs xüsusi ittiham qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib: "Həmin şəxs şikayətində sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını qeyd edib. Müvəkkilim barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanılıb".

Vəkil söyləyib ki, G.Hacıbəyli ölkədə olmadığına görə onun barəsində həbsli axtarış elan olunub. Xaricdən ölkəyə qayıdarkən Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və polisə təhvil verilib. Daha sonra müvəkkilim barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub".

B.Bayramov deyib ki, xüsusi ittiham qaydasında şikayət Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatında verilib və prosesi dekabrın 8-nə təyin edilib.

banner

Oxşar Xəbərlər