• cümə, 29 Mart, 05:51
  • Baku Bakı 7°C

Güləşçimiz Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb

05.04.20 16:30 938
Güləşçimiz Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb
Dünya Güləş Birliyi qadın güləşçilərin yeni Olimpiya reytinq siyahısını açıqlayıb.
AZƏRTACxəbər verir ki, reytinq siyahısının ilk onluğunda bir güləşçimiz yer alıb. Belə ki, ikiqat dünya çempionu Mariya Stadnik (50 kq) 60 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan "Tokio-2020" Yay Olimpiya Oyunlarına qadın güləşçilərimizdən yalnız M.Stadnik lisenziya qazanıb.

banner

Oxşar Xəbərlər