• cümə, 29 Mart, 15:37
  • Baku Bakı 14°C

Gülər Əhmədovanın vəkili məhkəmədə nəyi tələb etdi?

26.11.13 11:38 1242
Gülər Əhmədovanın vəkili məhkəmədə nəyi tələb etdi?
APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edərək bildirib ki, G. Əhmədovaya Cinayət Məcəlləsinin 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddəsi ilə irəli sürülən ittiham əsassızdır: “Çünki həmin maddəyə əsasən, G. Əhmədovanın Səlcuq Ağlayanla cinayət əlaqəsinə girərək, Sevinc Babayevanı Türkiyədə gizlətməsi ittihamı irəli sürülüb. Lakin Türkiyə məhkəməsi tərəfindən Səlcuq Ağlayan bəraət alıb. Bunun üçün də həmin maddə əsassız hesab olunmalıdır”. Hakim bildirib ki, qeyd olunan məsləyə hökm çıxarılarkən hüquqi qiymət veriləcək.
Daha sonra vəkil Ə. Talıbov müdafiə çıxışına başlayıb. O bildirib ki, G. Əhmədovaya qarşı irəli sürülən ittihamlar əsassızdır, videolar montaj olunub, bir formatdan digər formata köçürülüb.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
banner

Oxşar Xəbərlər