AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gülər Əhmədovanın saxlanılmasına aydınlıq gətirildi

Gülər Əhmədovanın saxlanılmasına aydınlıq gətirildi

Siyasət
18 Dekabr 2012, 09:07 1849
Gülər Əhmədovanın həbsi ilə bağlı yayılmış məlumatlara qismən də olsa, aydınlıq gətirilib. Hüquq-mühafizə orqanlarından Milli.Az-a bildirildi ki, Gülər Əhmədova ötən gün Qazax rayon ərazisində sərhədi keçmək istəyərkən “SOS” siqnalına düşüb. Onun barəsində hazırda istintaq aparıldığından ölkəni tərk etməməklə bağlı qərar var.

Ona görə də G.Əhmədovanın ölkədən çıxmasına icazə verilməyib və saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

G.Əhmədovanın həbs olunması barədə isə hələlik məlumat verilmir.