• cümə, 29 Mart, 02:54
  • Baku Bakı 7°C

Güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi kəskin artıb

09.09.17 11:50 842
Güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi kəskin artıb
Son bir neçə gündə yağan güclü yağış nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən keçən Vəlvələçay çayında suyun səviyyəsində kəskin artım müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-60 və Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, sentyabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla ongünlük normanın 39 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 140 m3/s olmaqla ongünlük normanın 115 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10 m3/s olmaqla, ongünlük normanın 14 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 38 m3/s təşkil edərək ongünlük normanın 52 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Bankədə 40, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 2, Salyanda 5 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2016-cı il sentyabrın 8-də 450 sm), Şirvanda 173 sm, Salyanda 109 sm (2016-cı il sentyabrın 8-də 260 sm), Bankədə 207 sm (2016-cı il sentyabrın 8-də 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2016-cı il sentyabrın 8-də 162 sm) təşkil edir.
banner

Oxşar Xəbərlər