• çərşənbə axşamı, 19 mart, 10:33
  • Baku Bakı 8°C

Güclü ordu, xalqın iradəsi və Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün əminlik yaradır

25.05.19 13:51 497
Güclü ordu, xalqın iradəsi və Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün əminlik yaradır
Azərbaycanın güclü ordusu, xalqımızın iradəsi və Prezidentimizin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün bizdə əminlik yaradır.
Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov 28 May - Respublika günü münasibətilə keçirilən tədbirdə deyib.
Ə.Əhmədov bildirib ki, bizim yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğal altında olmasıdır:
"Azərbaycan müharibə tərəfdarı deyil. Danışıqlar yolu ilə münaqişənin nəticələrinin aradan qaldırılmasına üstünlük verir. Hesab edirik ki, hələ bu istiqamətdə imkanlar mövcuddur. Bu imkanlardan axıra qədər də istifadə etmək lazımdır”.
banner

Oxşar Xəbərlər