• cümə, 19 Aprel, 11:42
  • Baku Bakı 13°C

Güclü külək yanğın törətdi, bir ailə evsiz qaldı

27.06.14 12:28 1135
Güclü külək yanğın törətdi, bir ailə evsiz qaldı
Rayon Yanğından Mühafizə Hissəsindən verilən xəbərə görə, hadisə bu gün saat 12.00 radələrində Göyçay rayonunun Yeniarx kəndində qeydə alınıb.
Bu gün səhər saatlarından başlayaraq əsən güclü külək yanğına səbəb olub. Kənd sakini, 1935-ci il təvəllüdlü Əhmədova Məhbubə Mahmud qızına məxsus ümumi sahəsi 180 kvadratmetr olan evdə bas verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub. Hadisə zamani ev içindəki əşyalar və sənədlərlə birgə tamamilə yanaraq yararsız hala düşüb. Evdə heç kim olmadığı üçün yanğınsöndürənlərə gec məlumat verilib. Yanğın zamanı yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.
Hadisənin hansı səbəbdən bas verdiyi hələ ki, məlum deyil. Hadisə zamani xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər