• cümə axşamı, 28 mart, 23:20
  • Baku Bakı 13°C

Gübrə təchizatçılarının və gübrə təchizatçısı olmaq istəyənlərin nəzərinə!

20.08.19 10:36 5570
Gübrə təchizatçılarının və gübrə təchizatçısı olmaq istəyənlərin nəzərinə!
Avqustun 27-də Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) gübrə təchizatçıları və gübrə təchizatı ilə məşğul olmaq istəyənlərlə görüş keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindənAZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş yeni subsidiya qaydaları və bu qaydaların gübrə satışına tətbiqi, təchizatçıların AKİA ilə tərəfdaşlığının qurulması və tənzimlənməsi, fermerlərin daha çox ehtiyac duyduqları gübrələrlə təchizat və digər məsələlər müzakirə ediləcək.
Görüşdə iştirak etmək istəyən şəxslər 22 avqust saat 18:00-dək qeydiyyat üçün müraciət edə bilərlər. Qeydiyyat üçün telefon nömrəsi: 050-764-49-05 (əlaqələndirici şəxs Orxan Nağızadə).
banner

Oxşar Xəbərlər