• çərşənbə axşamı, 29 aprel, 10:04
  • Baku Bakı 9°C

“Guardian” ilk kitab mükafatı müsabiqəsinin qalibini açıqladı

04.12.14 17:19 1224
“Guardian” ilk kitab mükafatı müsabiqəsinin qalibini açıqladı
“Guardian” qəzeti ədəbiyyat sahəsində keçirdiyi “İlin kitabı” müsabiqəsinin qalibini açıqladı. Cari ilin iyun ayında elan edilmiş müsabiqənin builki qalibi “Gənc Dəri” (“Young Skins”) əsəri ilə irlandiyalı müəllif Kolin Barret oldu. Qısa hekayələrdən ibarət kitabın müəllifi gənc Kolun 1982-ci ildə anadan olub. Ədəbiyyata 2009-cu ildən qoşulub, qısa hekayələrlə “The Stinging Fly” jurnalında təmsil olunub. 2014-cü ildə hekayə toplusunu nəşr etdirən müəllif “Guardian”-ın mükafatı ilə birgə kitabın ABŞ və Birləşmiş Krallıqlarda nəşri üçün iki nəşriyyat nəhəngi “Cape” (BK) və “Grove” (“ABŞ) ilə müqavilə imzalayıb. Əsərlə bağlı danışan müəllif: “Öz böyüdüyüm yerdəki kimi bir yer yaratdım. Orada gedən hadisələri yazdım. İnsanın aid olduğu əslində nə qədər xoşbəxt olduğunu göstərməyə çalışdım” – deyib. Onun bu kitabı bu il “Man Booker” mükafatına da namizəd göstərilmişdi. “Guardian” ədəbi redaktorların Lisa Alardis: “O gənc, amma dahidir. Əgər bu tərzdə davam etsə, müasir insana XİX əsr ədəbiyyatının duruluğunu xatırladacaq əsərlərə müəlliflik edəcəyindən əminəm”. Barret 10000 funt sterlinq məbləğində pul mükafatına da layiq görülüb.
banner

Oxşar Xəbərlər