• cümə, 26 Aprel, 10:36
  • Baku Bakı 12°C

Goranboyda yol qəzası olub, ölən və xəsarət alan var

07.09.21 18:10 521
Goranboyda yol qəzası olub, ölən və xəsarət alan var
Goranboy rayonunda ağır avtomobil qəzası olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Goran qəsəbəsinə yaxın ərazidə baş verib.
İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində ilkin məlumata görə, qəzada bir nəfər ölüb və daha bir nəfər ağır yaralanıb. Yaralı, 1963-cü il təvəllüdlü Məmmədova Fatma Məməd qızı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
banner

Oxşar Xəbərlər