• cümə axşamı, 25 aprel, 17:02
  • Baku Bakı 23°C

Goranboyda biri əcnəbi olmaqla, 2 nəfər dəm qazından ölüb, 1 nəfərin vəziyyəti ağırdır

05.12.21 17:20 293
Goranboyda biri əcnəbi olmaqla, 2 nəfər dəm qazından ölüb, 1 nəfərin vəziyyəti ağırdır

Goranboyda 3 nəfər dəm qazından zəhərlənib.
"Report"un məlumatına görə, hadisə Şahməmmədli kəndində qeydə alınıb.
Belə ki, üç nəfər dəm qazından zəhərlənib, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılan zaman yolda ölüb. Dəm qazından zəhərlərənən daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Ölənlər arasında Türkiyə vətəndaşı da var.
Faktla bağlı araşdırmalara başlanılıb.
banner

Oxşar Xəbərlər