• cümə, 29 Mart, 19:15
  • Baku Bakı 14°C

"Google" gələn il "ağıllı" saatını təqdim edə bilər

03.12.21 09:15 213
"Google" gələn il "ağıllı" saatını təqdim edə bilər
"Google" şirkəti gələn il "ağıllı" saatların təqdimatına hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə "Business Insider" portalı məlumat yayıb.
Məlumata görə, "SmartWatch" "Rohan" kod adlı cihazda quraşdırılacaq. Saatın qutusu yuvarlaq formaya malikdir. Cihaz sağlamlıq və fiziki fəaliyyət göstəricilərini qeyd edəcək. Həmçinin saat ürək döyüntüsü monitoru və addımların sayılması funksiyası ilə təchiz edilib. Daxili sənədlərdə cihazın gündəlik yüklənmə tələb etdiyi göstərilir.
Bu il şirkət "Rohan" üzərində iş prosesini sürətləndirib. Məhsulun sınağının son mərhələsi uğurlu olsa, saatın təqdimatı 2022-ci ilin yazında baş tuta bilər.
banner

Oxşar Xəbərlər