• cümə, 26 Aprel, 22:01
  • Baku Bakı 22°C

“Google” dünyanın ən güclü kvant kompüterini yaradıb

23.09.19 21:26 990
“Google” dünyanın ən güclü kvant kompüterini yaradıb
ABŞ-ın "Google” şirkəti dünyanın ən güclü kvant kompüterini yaradıb.
Trend-in məlumatına görə, mövcud "IBM" superkompüterlərinin ən güclüsünün 10 000 ilə aparacağı hesablamaları "Google” kvant kompüterinin prosessoru 3 dəqiqə 20 saniyə ərzində edib.
www.esquire.ru saytının məlumatına görə, "Google” kvant kompüteri hazırda yalnız bir texniki hesablama apara bilir. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğu praktiki tapşırıqların icrasına bir neçə ildən sonra hazır olacaq.
"Google” yaradıcıları öz kvant kompüterlərini "tam kvant hesablama prosesinə gedən vacib bir mərhələ” adlandırıblar və "kvant üstünlüyü”-nə yaxınlaşdıqlarına əminliyini bildiriblər.
banner

Oxşar Xəbərlər