AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Google” Azərbaycanda Müstəqilliyin Bərpası Gününə dudl həsr edib

“Google” Azərbaycanda Müstəqilliyin Bərpası Gününə dudl həsr edib

Təfsilat
18 Oktyabr 2021, 09:27 128

"Google” axtarış saytının əsas səhifəsi Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib və əlamətdar hadisə üçün dudl hazırlayıb.

"Report” xəbər verir ki, Azərbaycanın bayrağını klik edəndə "Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı məlumatların yer aldığı səhifələrə keçid baş verir.

Xatırladaq ki, dudl Google axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.