• çərşənbə axşamı, 16 aprel, 20:30
  • Baku Bakı 18°C

“Golden Boy” Mbappenin oldu

23.10.17 13:10 2374
“Golden Boy” Mbappenin oldu
PSJ-in hücumçusu Kilian Mbappe "Golden Boy” mükafatına layiq görülüb.
Kaspi.az xəbər verir ki, İtaliyanın "Tuttosport” nəşrinin bu mükafatı hər il ən yaxşı gənc futbolçuya (21 yaşa qədər) təqdim olunur. Avropanın aparıcı nəşrləri arasında keçirilən sorğunun nəticələrinə görə, bu il mükafatı Mbappe qazanıb.
Mbappe ötən mövsümü "Monako”da keçirib. O, bu klubun heyətində 44 oyunda 26 qol vurub. Mövsümün sonunda isə 165 milyon avro qarşılığında PSJ-yə keçib.
Ötən il "Golden Boy” mükafatını "Bavariya”nın futbolçusu Renatu Sançeş almışdı. O, hazırda icarə əsasında "Suonsi”də çıxış edir.
banner

Oxşar Xəbərlər