• cümə axşamı, 25 aprel, 21:05
  • Baku Bakı 21°C

“Golden Boy” hollandın oldu

17.12.18 13:10 547
“Golden Boy” hollandın oldu
"Golden Boy” mükafatının sahibi bəlli olub.
Kaspi.az xəbər verir ki, mükafatı "Ayaks”ın futbolçusu Matteys de Liqt qazanıb. "Golden Boy” Avropanın 21 yaşadək olan ən yaxşı futbolçusuna təqdim olunur.
Holland "Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnoldu, "Milan”ın hücumçusu Patrik Kutroneni, "Roma”nın yarımmüdafiəçisi Castin Klyuverti və "Real”ın xavbeki Vinsius Junioru qabaqlayıb.
De Liqt "Ayaks”ın əsas yığmasında 2016-cı ildə debüt edib. 19 yaşlı futbolçu hazırda komandanın kapitanıdır. O, çempionatda keçirdiyi 59 oyunda 7 qol vurub. Liqt Hollandiya yığmasının heyətində də 13 dəfə meydana çıxıb.
banner

Oxşar Xəbərlər