• cümə, 29 Mart, 16:30
  • Baku Bakı 14°C

Gömrük əməkdaşları məşhur universitetlərdə biliklərini artıracaq

14.01.19 13:51 578
Gömrük əməkdaşları məşhur universitetlərdə biliklərini artıracaq
Bu il gömrük əməkdaşları məşhur universitetlərdə biliklərini artıracaq.
AZƏRTACxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya ilə görüşdə deyib.
O bildirib ki, həm ÜGT, həm də Yaponiya Gömrük Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Dövlət Gömrük Komitəsinin əməkdaşları bir sıra mötəbər universitetlərdə gömrük işinin təşkili sahəsində kurslarda bilik və bacarıqlarını təkmilləşdirir. Dövlət Maliyyə Proqramı çərçivəsində bu il də gömrük sahəsində təlim və tədrisin keçirilməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər