• cümə, 26 Aprel, 09:40
  • Baku Bakı 12°C

General bir həftə vaxt verdi: Rəisi döyənlər tapılsın

24.06.14 10:11 1305
General bir həftə vaxt verdi: Rəisi döyənlər tapılsın
Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevin bıçaqlanması faktı ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rafiq Abbasov rayon polis idarəsinə gələrək daxili iclas keçirib.
APA TV-nin əldə etdiyi məlumata görə, Rafiq Abbasov cinayət axtarış idarəsinə və əməliyyatçılara hadisəni törədən şəxslərin tapılması istiqamətində intensiv fəaliyyət göstərməyi tapşırıb. Polis əməkdaşının bıçaqlanmasını və hadisənin törədənlərin hələ də tapılmamasını neqativ hal kimi qiymətləndirən Rafiq Abbasov nazir Ramil Usubov tərəfindən yeni təyin edilən idarə rəisi Namiq İsmayılovu kollektivə təqdim edib.
Qeyd edək ki, Namiq İsmayılov bundan əvvəl Abşeron rayon polis idarəsinin rəisi vəzifəsində çalışıb. General-mayor Abbasov yeni rəisə - Anar Şıxəliyevə 3 bıçaq vuran şəxslərin həftənin sonuna tapılmasını tapşırıb.
Xatırladaq ki, 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyev iyunun 20-də gecə saat 01.00 radələrində "Xutor" qəsəbəsində dostunun “Mercedes Gelеnvagen” markalı avtomobilini idarə edən zaman naməlum şəxslər “Niva” və Opel markalı avtomobillərlə arxadan və qabaqdan onun yolunu kəsiblər. Avtomobildən düşənlər taxta dəyənəklə “Gelеnvagen”in bütün şüşələrinin sındırdıqdan sonra rəisi bıçaqlayıblar. İlkin məlumata görə, bölmə rəisinin dostuna görə bıçaqlandığı deyilsə də, son yayılan xəbərdə hadisəyə Anar Şıxəliyevin avtomobili idarə edərkən yolu bağlaması və telefonla danışmasının səbəb olduğu deyilir. Bundan qəzəblənən "Opel" markalı avtomobildən düşənlər onunla əlbəyaxa olublar. Binəqədi polisindən faktı təsdiqləsələr də, hadisə ilə bağlı araşdırma getdiyini bildirərək əlavə məlumat verməyiblər.
banner

Oxşar Xəbərlər