Gənclərin IV İslam Həmrəylik oyunlarında rolu
Azərbaycan
adını bir daha tarixə qızıl hərflərlə yazmağa nail ola bildi. IV İslam Həmrəylik
Oyunlarının paytaxt Bakıda möhtəşəm təşkili bütün İslam ölkələrinə həmrəylik
nümunəsini sübut etdi. Azərbaycan tarix boyu multikultural dəyərlərə sahib
çıxmağa çalışmış, hər zaman bütün dünya dinlərinin dəyərlərinə sahiblənmişdir.
İslam dəyərlərinin ölkəmizdə daha çox insanın inancı olması, İslam ölkələri ilə
güclü və strateji əməkdaşlıq Azərbaycanda İslam Oyunlarının keçirilməsinə
birbaşa təsir edə bildi. Belə ki, 50-dən çox islam ölkəsinin həmrəyliyi nəticəsində
Azərbaycan bir daha böyük idman ölkəsi olduğunu, ölkə başçısı İlham Əliyevin
siyasi iradəsi nəticəsində ortaya qoydu. Məhz bu səbəbdən Azərbaycan milli komandası
yarışları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medalla. I
vitse-prezident, oyunların təşkilat komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyevanın
rəhbərliyi ilə təşkil olunan oyunlar ən yüksək səviyyədə təşkilatçılıq nümunəsi
idi.
Təşkilat Komitəsi Azərbaycan üçün çox çətin və məsuliyyətli bir missiyanın
öhdəsindən layiqincə gəldi. İstər təşkilatçılıq, istər qarşılanma, istər
qonaqlarımızda Azərbaycan haqqında xoş təəssüratın yaradılmasında gənclərimiz
rolu danılmaz və əvəzsiz idi. Tədbirlərin təşkilində yaxından iştirak edən, fəaliyyətləri
ilə rəğbət qazanmış könüllülər, oyunları daha da yaddaqalan edə bildi. Bu, həm
də gənclər üçün böyük bir təcrübə idi. Avroviziya mahnı müsabiqəsi, Avropa
Oyunları, Formula 1 kimi böyük və mötəbər tədbirlərdən sonra artıq gənclər
arasında möhtəşəm könüllülər komandası formalaşıb. Bağlanış mərasimində edilən
təşəkkürlər də məhz gənclərə yönəlmişdi. "İRƏLİ” İctimai Birliyi sıralarında
yer alan çox aktiv üzvlər də, oyunlarda yaxından təşkilatçı və könüllü qismində
iştirak edirdi. Onlar da böyük idman oyunlarının bir parçasına çevrilə bildi.
Əminəm
ki, gənclər, ölkəmizdə bu il yenidən keçiriləcək Formula1 yarışında, qadınlar
arasında voleybol üzrə Avropa çempionatında və 2020-ci ildə futbol üzrə Avropa
çempionatının oyunlarında bugünkü kimi hazır komanda şəklində öz dəstəyini
nümayiş etdirəcəklər.
Mirhəsən SEYİDOV
"İRƏLİ" İctimai Birliyinin sədri