AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Gənclərin bələdiyyə seçkisində iştirakı Prezidentin çağırışına adekvatdır”

“Gənclərin bələdiyyə seçkisində iştirakı Prezidentin çağırışına adekvatdır”

Cəmiyyət
11 Dekabr 2019, 14:21 358
"Azərbaycanda bələdiyyə institutunun formalaşması tarixi qədim olmasa da, əhalinin bu təsisata marağı çox yüksəkdir. Bələdiyyə orqanlarına keçirilən seçkilər ərəfəsində gənc namizədlər xüsusi fəallığı ilə seçilib. 1990-cı ildən başlayaraq, hər 5 ildən bir keçirilən bələdiyyə seçkisi, ilk yubiley tarixini yaşayır. Ötən dövrlərlə müqayisədə dekabrın 23-nə təyin olunan 5-ci seçkiyə namizəd kimi qatılanların yüksək faizi gənclərdir. Bu isə xoş hadisə kimi dəyərləndirilməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin (JEM) rəhbəri Ceyhun Musaoğlu bildirib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı "Gələcək gənclərindir” konseptual xarakterli ifadəsinə istinad edən JEM sədri ölkə başçısının bu münasibətinə gənclərin daim adekvat reaksiya verdiyini, bu reaksiyanın 5-ci seçki dövründə daha pik həddinə çatdığını vurğulayıb: "Azərbaycan sürətlə inkişaf edir. Başqa ölkələrin uzun illər bahasına əldə etdiyi uğurlara ölkəmiz 30 il ərzində çatıb. Ancaq demokratiya sonsuzluğa qədər inkişaf edən üsul idarədir. Dövlət başçısı məhz bu həqiqətdən çıxış edərək, gənclərin hər sahədə irəli çıxmasının vacibliyini önə çəkir, onlara münbit şəraitin yaradılması üçün qəti addımlar atır. Təbii ki, belə vəziyyətdən ruhlanan gənclər bələdiyyə seçkilərinə biganə qala bilməzdi. Ötən dövrlərlə müqayisədə 2019- cu il bələdiyyə seçkisində daha böyük sayda gəncin namizədliyi qeydə alınıb. Gənclik həm də sağlam enerji deməkdir. Seçiləcək gənclərin dünyagörüşü, savadı, peşəkarlığı, dövlət və Vətən sevgiləri onların daxili enerjilərini düzgün idarə etməyə imkan verəcək və nəticədə həmin gənclər yerli özünüidarəetmə forması çərçivəsində bacarıqlarını mükəmməl şəkildə göstərəcəklər”.

C.Musaoğlu ölkə başçısınn "Gənclərin potensialı, fəallığı, məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır” fikrini xatırladaraq, birinci şəxs səviyyəsində ortaya qoyulan bu iradənin yeni nəslin nümayəndələri üçün tapıntı olduğunu diqqətə çatdırıb: "Gənclik cəmiyyətin avanqardıdır. Ölkə rəhbərliyi məhz bunu nəzərə alıb, siyasətində iqtisadi kapitalın insan kapitalına çevrilməsi xəttini əsas götürüb. Bu siyasi xəttə inanan, güvənən gənclik ordusu bu gün bələdiyyə seçkisində kütləvi şəkildə iştiraka üstünlük verib və belə yanaşma olduqca vacib idi. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın da gənclərə diqqət və qayğısı ölcüyə gəlməzdir. Birinci vitse-prezidentin "Zəngin bilikli və dərin mənəviyyatlı, vətənpərvər gənclik olaraq formalaşmağınız gələcəyə inamımızı artırır, qəlbimizi qürur hissi ilə doldurur” deyərək gəncliyə müraciət etməsi və bu fikirlərin əməli icrası gənc nəslin nümayəndələrinə verilən ən böyük mükafatdır. Əminəm ki, gənclər bələdiyə seçkisindəki aktiv iştirakları, özünü idarəetmə orqanlarında təmsilçilikləri ilə bu mükafata layiq olduqlarını bir daha təsdiqləyəcəklər”.