• cümə axşamı, 18 aprel, 09:57
  • Baku Bakı 12°C

Gənclər Günü ilə bağlı tədbir keçirilib

31.01.18 17:09 761
Gənclər Günü ilə bağlı tədbir keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) 2 fevral-Gənclər Gününə həsr olunan "İlin Ənləri” adlı tədbir keçirilib. Tədbirdə 2 fevral-Gənclər Günü haqqında ətraflı məlumat verilib. Daha sonra universitetdə sosial-ictimai fəaliyyətlərinə, o cümlədən təhsildə göstərdikləri nailiyyətlərə görə fərqlənən tələbələr 17 nominasiya üzrə universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın imzası ilə təsdiq olunmuş plaketlərlə mükafatlandırılıb.
Universitetin tələbələri Nicat Aşurov, Günay Səmədli və Elşən Qəhrəmanov Gənclər Gününün yaranması və dövlətimizin gənclər siyasətindən danışıblar.
ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, dosent Seyfəl Həsənov 2 fevral-Gənclər Gününün təkcə gənclərin deyil, həm də cəmiyyətimizin həyatında vacib gün olduğunu bildirib. O, əlavə edib ki, bizim ağıllı, intellektual, xalqını, vətənini sevən gəncliyimiz formalaşır və bununla fəxr etməliyik. S.Həsənov əlamətdar gün münasibəti ilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.
Universitetin Filologiya və jurnalistika fakültəsinin dekanı, dosent Vüsalə Ağabəyli gəncləri gələcəyimizin təmsilçiləri kimi qiymətləndirib və onlara təbrikini çatdırıb. Dekan qeyd edib ki, tələbələrin pozitiv enerjisi və onların ötürdüyü motivasiya uzun illər universitet kollektivinin də gənc qalmasına kömək edəcək.
Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov 2 fevral-Gənclər Günü münasibəti ilə tələbələri təbrik edib. Onun sözlərinə görə, universitetin tələbələri təhsil və ictimai həyatda yüksək göstəricilərə malikdirlər. ADU-nun tələbələri dövlətimizin və dövlətçiliyimizin maraqlarına xidmət etmək baxımından sosial şəbəkələrdə aktivdirlər və hər zaman ilk pillələrdə qərarlaşırlar. Daha sonra tələbələrin mükafatlandırılması məsələsinə toxunan S.Hüseynov bildirib ki, nominasiyalar üzrə qiymətləndirmə apararkən bir çox rəy nəzərə alınıb. Çıxışının sonunda o, bütün tələbələrə uğurlar arzulayıb.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. Tədbirdə tələbələrin ifasında müxtəlif musiqi nömrələri ifa olunub, şeirlər səsləndirilib.
banner

Oxşar Xəbərlər