Gənclər Fondu BMT-da təsis olunan mükafata layiq oldu - Fotolar
Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının
İnkişaf proqramı (UNDP) və Bahreyn Krallığının təşəbbüsü və tərəfdaşlığı ilə təsis
edilmiş "Davamlı inkişafa nail olmaq üçün Gənclərin Gücləndirilməsi” King Hamad
mükafatına layiq görülmüşdür.
Bu haqda 30-31 yanvar 2018-ci il
tarixlərində Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahında BMT-nin
İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumunda elan edilmişdir.
Müsabiqənin əsas məqsədi gənclərə
motivasiya və diqqət göstərən, innovativ fikirləri dəstəkləyən və onları təşviq
edən qurumları aşkar etmək və onların fəaliyyətini hərtərəfli araşdıraraq yüksək
nailiyyətləri olan qurumları mükafatlandırmaqdır. Eyni zamanda bu təşəbbüs gənclərə
daha yaxşı gələcəyi təmin etmək məqsədi daşıyan Birləşmiş Millətlər Təşkilatının
qəbul etdiyi Davamlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq vəzifəsini daşıyır.
Müsabiqədə iştirak edən hər bir nominantın DİM-lərin nail olunması istiqamətindı
əhəmiyyətli nailiyyətlərinin olması vacib şərtdir.
Bu təşəbbüs dünyanın bütün ölkələrinə
müraciət üçün açıq olmuş və ümummilikdə dünyanın 87 ölkəsindən dövlət və
qeyri-hökumət təşkilatları iştirak etmişlər. Azərbaycan Gənclər Fondu dövlət
qurumları nominasiyasında qalib gəlmişdir.
Seçim xüsusi ixtisaslaşmış
münsiflər heyəti tərəfindən həyata keçirilmişdir. Münsiflər heyəti BMT-nin
İnkişaf proqramının (UNDP) və digər BMT institutlarının, o cümlədən BMT-nin
İqtisadi və Sosial Şurasının (ECOSOC) və BMT-nin Baş Katibinin Gənclər üzrə
xüsusi elçisinin (UN Secretary-General's Envoy on Youth) ekspert və əməkdaşlarından
ibarət olmuşdur. Həmçinin münsiflər heyətinə dünyanın 4 ölkəsinin gənclər siyasətinə
məsul nazirləri daxil idi.
Azərbaycan Respublikasının
Prezidenti yanıda Gənclər Fondu cənab Prezident İlham Əliyevin şəxsi təşəbbüsü
ilə 19 dekabr 2011-ci il tarixli, 542 saylı Fərmanı ilə yaradılmışdır. Gənclər
Fondunun yaradılmasında məqsəd, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuş, hal-hazırda isə cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata
keçirilən dövlət gənclər siyasətinin icrasıdır.