Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər - Video
23
dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat
kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə təşkilatında ilk dəfə
səs verəcək seçicilər və partiya tərəfindən
namizədlikləri irəli sürülmüş gənclərlə görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli
nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri,
Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatı Qadınlar
Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin
İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədr müavini, millət vəkili Xanlar
Fətiyev, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, Gəncə Dövlət
Universitetinin prorektoru Gülsüm Fətəliyeva çıxış edərək son illər ölkəmizdə aparılan
islahatlardan, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham
Əliyevin Sədrliyi ilə partiyanın dövlətimizin inkişafına verdiy mühüm töhfələrdən
danışıblar. Natiqlər dövlət Başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin
nəticəsi olaraq, gənclərin idarəetmə orqanlarında və seçki proseslərində
iştirakının artdığını qeyd ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yarandığı gündən
iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığı, hər
zaman öndə getdiyi vurğulanıb, əminliklə qeyd edilib ki, 23 dekabr
2019-cu il tarixdə Azərbaycan vətəndaşları Yeni
Azərbaycan Partiyasına etimad göstərərək ən layiqli namizədlərə səs verəcəklər.
İlk dəfə səsvermə
hüququ qazanan gənclər səsvermə qaydaları ilə bağlı suallar səsləndirib və YAP
tərəfindən irəli sürülmüş namizədlərə uğurlar arzulayıblar.