• çərşənbə axşamı, 23 aprel, 18:17
  • Baku Bakı 20°C

Gəncədə seçki hüququ üzrə təlimlər keçirilib - Fotolar

18.10.19 12:51 1048
Gəncədə seçki hüququ üzrə təlimlər keçirilib - Fotolar
Qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məqsədi ilə Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyaları üçün üç günlük kurslar təşkil edir. Təlimlər Gəncədəki DSK-larda da baş tutub. Maarifləndirmə xarakteri daşıyan kurslarda dairə üzvləri ilə yanaşı məntəqə sədrləri də iştirak edib.

Təlim zamanı seçki siyahılılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasında təhlükəsizliyin təmin edilməsi, asayişin qorunmasında Daxili İşlər Orqanlarının rolu barədə ətraflı məlumat verilib. Bunlarla yanaşı təlimlər zamanı bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələrindən danışılıb. Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri barədə iştirakçılar məlumatlandırılıblar.


banner

Oxşar Xəbərlər