• şənbə, 20 Aprel, 03:17
  • Baku Bakı 15°C

Gəncədə hərbi yürüş başlayıb

15.09.21 16:30 204
Gəncədə hərbi yürüş başlayıb
Gəncə şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü başlayıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Gəncənin mərkəzi küçəsində (Heydər Əliyev meydanı) "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilir.
Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər və şəhər sakinləri iştirak edirlər.
Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
banner

Oxşar Xəbərlər