• şənbə, 20 Aprel, 06:22
  • Baku Bakı 14°C

Gəncədə həmyerlisini güllələyən şəxs tutulub

30.11.18 19:51 695
Gəncədə həmyerlisini güllələyən şəxs tutulub
Gəncə şəhərində həmyerlisini güllələyən şəxs tutulub.
DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 30-da saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Arif Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov saxlanılıb. Cinayət törədilərkən istifadə etdiyi "TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.
banner

Oxşar Xəbərlər