Gəncədə “Gender bərabərliyi və media” mövzusunda təlimlər keçirilir - Fotolar
791
27 fevral 2019 | 15:37
Gəncədə
Avropa Şurasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Mətbuat Şurasının
dəstəyi ilə "Gender bərabərliyi və media" mövzusunda təlimlər keçirilir.
Təlimə Gəncədə şəhərində yaşayan və fəaliyyət göstərən jurnalistlər, həmçinin vətəndaş
cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Təlimin
açılış mərasimində Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyesqeyd edib ki, Azərbaycan Demokratik Respublikası qadınlara bərabərlik hüququ
verdiyinə, onların seçib-seçilmək hüququnu tanıdığına görə müsəlman dövlətləri
arasında ilk, Avropada isə birinci dövlətlərdəndir. Səfir ADR-in ilk paytaxtı
Gəncə şəhərində olmağın qürurverici olduğunu dilə gətirib.
Azərbaycan
Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli təlimlərin məqsədindən söhbət
açıb. O, bu sahənin mediada daha yaxşı işıqlandırılması, sözügedən istiqamətdə jurnalistlərin
bilik və bacarıqlarının artırılması baxımından təlimlərin mühüm əhəmiyyət kəsb
etdiyini dilə gətirib. Qeyd edib ki, bu məqsədlə həm paytaxt Bakı şəhərində,
həm də regionlarda məlumatlandırma sessiyaları keçirilir.
Avropa
Şurasının "Azərbaycanda Gender bərabərliyi və media azadlığı” layihəsinin
rəhbəri Pərvanə Bayramova layihə çərçivəsində görülən işlərdən danışıb. Bildirib
ki, gender bərabərliyinə dair müddəalar Azərbaycan jurnalistlərinin peşə
davranışı qaydalarına da salınıb. Onun sözlərinə görə, bu müddəanın peşə
davranış qaydalarında əlavə olunması əhəmiyyətli hadisədir. Daha sonra o, ötən
ildən başlanılan layihə çərçivəsində Azərbaycan jurnalistlərinin peşə davranışı
qaydalarına edilən dəyişiklikləri media nümayəndələrinin diqqətinə çatdırıb.
Qarşılıqlı
fikir mübadiləsi şəklində davam edən təlimdə gender bərabərliyinin təmin
olunmasında medianın əvəzsiz rolundan geniş bəhs olunub. Təlim sabah da davam
etdiriləcək və Gəncənin ətraf bölgələrində yaşayan jurnalistlər və vətəndaş
cəmiyyətinin nümayəndələri üçün informasiya sessiyası baş tutacaq.
Kaspi.az