Gəncədə 15 yaşlı yeniyetmənin qətlinin TƏFƏRRÜATLARI məlum oldu

Gəncədə 15 yaşlı yeniyetmənin qətlinin TƏFƏRRÜATLARI məlum oldu

Kriminal
23 Oktyabr 2019, 13:37 102
Gəncə şəhərində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri, Təbriz küçəsi, "Xan Çinar" restoranının qarşısında baş verib.
Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elgün Rövşən oğlu 2002-ci il təvəllüdlü Verdiyev Əzim Elşad oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə zamanı E.Məmmədov bıçaqla Ə.Verdiyevi ürəyindən bıçaqlaıb.
Bundan başqa, E.Məmmədov hadisə yerində mübahisəni sakitləşdirmək istəyən Gəncə şəhər sakini, 2003-cü il təvəllüdlü Həsənov Əlmuraz Fuad oğlunu da bıçaqlayıb.
Hər iki yaralı xəstəxanaya çatdırılsa da, Ə.Verdiyev orada ölüb.
Hadisə yerindən qaçan E.Məmmədov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.