Gəncə sakininin evində 1 kq-dan artıq marixuana aşkarlanıb

Gəncə sakininin evində 1 kq-dan artıq marixuana aşkarlanıb

Kriminal
14 Aprel 2019, 14:21 448
Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mirbağırov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəxsi axtarış zamanı onda narkotik vasitə olan marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən və həyətyanı sahəsində torpağa basdırılmış 1 kiloqram 350 qrama yaxın marixuana götürülüb.