• cümə axşamı, 25 aprel, 05:17
  • Baku Bakı 19°C

Gənc qız xəstəxanada iynənin qurbanı oldu

03.07.14 15:28 1078
Gənc qız xəstəxanada iynənin qurbanı oldu
Bu gün Xaçmazın Xudat şəhərində gənc qadın xəstəxanada vurulan iynədən sonra ölüb. Anspress xəbər verir ki, Xaçmaz Mərkəzi rayon Xəstəxanasının Xudat şəhər xəstəxanasına gətirilən Yeni Həyat kənd sakini, 24 yaşlı Sevinc Seyfulla qızı Mövludovaya iynə vurulub. İynədən sonra qızın halı daha da pisləşib və dünyasını dəyişib.
Xəstəxananın baş həkiminin müavini Lətif Abbasovun verdiyi məlumata görə, qız xəstəxanaya anafilaksik şok diaqnozu ilə daxil olub:
“Qız allergiya xəstəsi olub. Ona iynə vurulandan sonra vəziyyəti daha da kəskinləşib. Onun həyatını xilas etmək mümkün olmayıb”.
Həkim xəstənin ölüm səbəbinin araşdırıldığını əlavə edib.
Hazırda Sevinc Mövludovanın meyiti tibbi ekspertizaya göndərilib.
Xaçmaz rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətovun verdiyi məlumata görə, ekspertizanın nəticələrindən sonra qadının ölüm səbəbləri məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər