• cümə, 19 Aprel, 00:55
  • Baku Bakı 18°C

Gənc müəllimlərin işə qəbulu elan edildi

11.06.22 19:00 719
Gənc müəllimlərin işə qəbulu elan edildi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc müəllimlər-4” layihəsi çərçivəsində işə qəbul elan edilib.

UNEC-dən bildirilib ki, rəqəmsal texnologiyalar və tətbiqi informatika, eləcə də mühəndislik və tətbiqi elmlər sahələri üzrə informasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi, kommunikasiya sistemləri, sənaye mühəndisliyi, materiallar mühəndisliyi, maşın mühəndisliyi, ekologiya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, qida mühəndisliyi ixtisaslarında tədris aparmaq istəyənlər “Gənc müəllimlər-4” layihəsində iştirak etməyə dəvət olunur.

Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtlərdəndir. Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə fərdi şəkildə müsahibə təşkil ediləcək. Xarici dil biliyi olan namizədlərə üstünlük veriləcək.

Maraqlananlar CV-lərini iyunun 30-dək [email protected] ünvanına göndərə bilərlər.

banner

Oxşar Xəbərlər