"Gənc Kart"ın təqdimat mərasimi keçirildi

Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin
(GVİİM) təşkilati dəstəyi ilə "Gənc Kart” tərəfindən "Gənc Kart ilə Gəncliyinizin
Endirimlərini Qazanın!" adlı təqdimat keçirilib.
Təqdimatda GVİİM-in direktoru Vüqar
Əliyev, "Gənc Kart”ın nümayəndəsi Fəridə
Quliyeva və Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının AZTU üzrə könüllü tələbələri
iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Vüqar Əliyev bütün tələbələri
salamlayaraq, GVİİM-in fəaliyyət göstərdiyi müddətdə bir çox iri şirkətlərlə əməkdaşlıq
edərək sırf tələbələrin maraqları naminə bir çox layihələrin həyata keçirildiyini vurğulayıb. O, uğurlu əməkdaşlıqların növbəti addımı olaraq, Gənc Kartın tələbələr
üçün təklif etdiyi endirim kartlarının təqdimatını tələbələrə təqdim edib,
onlara Gənc Kart-la daha rəngarəng
gənclik yaşamaqlarını arzuladı.
Daha sonra Gənc
Kartın nümayəndəsi Fəridə Quliyeva Gənc Kart haqqında məlumat verib. O
çıxışında gənclərə Gənc Kartın əsas şüarının və hədəfinin"DAHA DƏYƏRLİ GƏNCLİK YAŞA!”adı altında gənclərə
xidmət etməsini vurğuladı.
Bundan əlavə, "Gənc
Kart” endirim kartıbank kartı və ya kredit kartı deyil, yalnız Azərbaycanda yerləşən və
bizimlə əməkdaşlıq edən şirkətlər qrupu arasında endirim anlaşması əldə olunmuş
vahid bir kart olduğunu qeyd etdi. Sonda gənclərin mövzu ilə əlaqəli müxtəlif
tipli suallarını cavablandırıb, göstərdikləri marağa görə təşəkkür edib.

