• cümə axşamı, 28 mart, 16:29
  • Baku Bakı 16°C

Gənc ananın iş yerində başını kəsdilər - YENİLƏNİB

13.06.14 15:10 1650
Gənc ananın iş yerində başını kəsdilər - YENİLƏNİB
Gədəbəy rayonunda 28 yaşlı Fəxriyyə Aslanovanın başının kəsilməsi ilə bağlı mətbuatda yayılan xəbər oxuyanları şoka salıb.
Hadisənin təfərrüatlarını öyrənmək məqsədilə rayon prokurorluğuna etdiyimiz zəng hər şeyi alt-üst etdi. Gədəbəy rayon Prokurorluğunun müstəntiqi Emin Abbasov Milli.Az-a bildirdi ki, qətlə yetirilən qadın gəlin deyil və bu gün toyunun olması yalandır. F.Aslanova bir neçə il əvvəl ərə gedib və iki uşağı var.
Onun bu gün işlədiyi gözəllik salonunda qətlə yetiriblər. İlkin ehtimala görə, onu əri öldürüb.
----------
16:42

Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib
Gədəbəy rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.
Naməlum şəxs rayon sakini, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, F.Aslanova bu gün toyu olduğuna görə salona gəlibmiş.
Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.
banner

Oxşar Xəbərlər