• şənbə, 20 Aprel, 02:17
  • Baku Bakı 15°C

Gələn ilin əvvəlində Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşü gözlənilir

03.12.16 15:52 948
Gələn ilin əvvəlində Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşü gözlənilir
"Türkiyə və Azərbaycan arasında ticarətlə bağlı 200-dən artıq sənəd imzalanıb. Ancaq Çin, Rusiya, İran kimi üçüncü ölkələr də nəzərə alınmaqla, yeni ticarət sənədlərinin imzalanmasını vacib sayırıq və bu istiqamətdə İşçi Qrupuna tapşırıq vermişik".
APA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziriElmar MəmmədyarovAzərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistana arasında üçlü formatda görüşün keçirilməsi də müzakirə olunub: "Gələn ilin əvvəllərində enerji və xarici işlər nazirlərinin görüşlərinin keçirilməsini nəzərdə tutmuşuq. Ancaq bu görüşlər görüş xətrinə olmamalı, konkret nəticəsi olmalıdır".
banner

Oxşar Xəbərlər