• çərşənbə, 24 Aprel, 17:08
  • Baku Bakı 27°C

Gələn ildən Azərbaycanda “Avro-5” standartlarına cavab verən dizel yanacağı istehsal ediləcək

30.11.21 10:45 230
Gələn ildən Azərbaycanda “Avro-5” standartlarına cavab verən dizel yanacağı istehsal ediləcək
Bu yaxınlarda Heydər Əliyev adına Neft Emalı zavodunda artıq bir neçə köməkçi qurğular istismara veriləcək. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.
Kaspi.az xəbər verir ki, bu sözləri KİV-ə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
O qeyd edib ki, sonrakı mərhələdə - 2022-ci ildə dizelin təmizlənməsi qurğusu da istismara veriləcək: "Artıq növbəti ilin ortalarında Azərbaycanda "Avro-5” standartlarına cavab verən dizel yanacağının istehsalının başlanması nəzərdə tutulub. Bundan sonra 1 il ərzində mərhələli şəkildə digər qurğular da istismara verildikcə, istehsal olunan benzinin keyfiyyəti tədricən artırılacaq. 2023-cü ilin ortalarında benzinin keyfiyyəti "Avro-5” standartlarına tam uyğunlaşdırılacaq”.
SOCAR rəsmisi nəzərə çatdırıb ki, zavodda hazırda "Aİ-92” benzini, eləcə də dizel və təyyarə yanacağı istehsal edilir. Gələcəkdə isə "Aİ-95” benzininin istehsalı nəzərdə tutulub. Çünki bu yanacaq məhsuluna tələbat artmaqdadır.
banner

Oxşar Xəbərlər