• cümə, 29 Mart, 15:07
  • Baku Bakı 14°C

Gələn il şahmata qayıdıram - Vüqar Həşimov

30.11.13 10:23 1534
Gələn il şahmata qayıdıram - Vüqar Həşimov
- Müalicəniz necə gedir?
- Hər şey qaydasındadı. Şükür Allaha, səhhətim gündən-günə yaxşılaşır. Müalicəm, hələ ilin sonunadək davam edəcək.
- Bildiyimizə görə, Almaniyadasız. Qərbi Avropa ölkəsində tibbin səviyyəsindən hamı razıdı...
- Bəli, hazırda Almaniyanın Haydelberq şəhərindəyəm. Sözsüz, mən də belə hesab edirəm. Burada tibb elmi yüksəkdi. Əminliklə söyləyə bilərəm ki, reablitasiyam yaxşı keçir.
- Vətənə nə zaman dönməyi nəzərdə tutmusuz?
- İnşallah, gələn il.
- Bəs şahmat məşqlərini nə vaxt bərpa etmək imkanı olacaq?
- Düzü, şahmat oynamağımda heç bir maneə yoxdu. Almaniyalı həkimlər deyirlər ki, nə vaxt istəsəm, başlaya bilərəm.
- Bu ay Polşanın paytaxtı Varşavada keçirilmiş komandalar arasında Avropa çempionatında millimiz 2-ci dəfə qalib adını qazandı. Amma bu dəfə sizsiz. Komanda yoldaşlarınız həmin uğurda mənən onlarla bir yerdə olduğunuzu, qələbəni sizə həsr etdiklərini qeyd etdilər. Yəqin, bu sözlərdən təsirlənmişdiz...
- Burada gündəlik olaraq ölkə KİV-ni izləyirəm. Əlbəttə, hər şeydən xəbərim vardı. Həmkarlarım sağ olsunlar, çempion olanda məni unutmadılar. Bu sözlər gücümü, səhhətimdə irəliləyişi daha da artırdı. Vətənim üçün darıxıram. Orada hamını bağrıma basıram. Tezliklə, görüşənədək.
banner

Oxşar Xəbərlər