• cümə, 29 Mart, 08:37
  • Baku Bakı 5°C

Gədəbəyə yeni icra başçısı TƏYİN EDİLDİ

11.08.22 12:24 657
Gədəbəyə yeni icra başçısı TƏYİN EDİLDİ

Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Kaspi" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, O.Mürsəlov əvvəllər Prezident Administrasiyasında çalışıb.

O, Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisinin xidmətində fəaliyyət göstərib.

O.Mürsəlov bu vəzifəyə təyin olunanadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb.

O bu vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.

banner

Oxşar Xəbərlər