• cümə axşamı, 28 mart, 20:59
  • Baku Bakı 13°C

Gədəbəydə döyülən kişi xəstəxanada ölüb

17.08.17 09:08 1201
Gədəbəydə döyülən kişi xəstəxanada ölüb
Gədəbəydə kənd sakinləri arasında dava ölümlə nəticələnib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.
Kənd sakini, 47 yaşlı Telman Qurbanovla həmkəndlisi Kamil Muxtarov arasında dava düşüb. Nəticədə T. Qurbanov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. K. Muxtarov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
banner

Oxşar Xəbərlər