• çərşənbə axşamı, 09 sentyabr, 01:39
  • Baku Bakı 22°C

Gədəbəydə ağır qəza: 9 yaşlı uşaq öldü

31.01.14 15:05 1270
Gədəbəydə ağır qəza: 9 yaşlı uşaq öldü
Gədəbəy rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 30-da saat 17 radələrində rayonun Novo-Saratovka kəndinin ərazisində baş verib.
Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Vüsal Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Sevinc Allahverdiyeva aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb. V.Məmmədov isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisəyə səbəb yolun qarlı və sürüşkən olması olub.
Faktla bağlı Gədəbəy rayon Polis İdarəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər