• cümə, 29 Mart, 09:15
  • Baku Bakı 5°C

Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır

23.05.19 09:39 431
Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır
Amerikanın "Gallup İnternational Association" tədqiqat şirkətinin Ermənistan vətəndaşları arasında apardığı sorğuda ölkənin daha vacib problemləri aydınlaşdırılıb.
Trend-in məlumatına görə, sorğu nəticəsində məlum olub ki, Ermənistan vətəndaşlarının 45%-i ölkə üçün əsas problemin işsizlik olduğunu söyləyir. Yerdə qalan opponentlər, yəni 40,5% vətəndaş ölkənin iqtisadi durumunu önə çəkib. Rəyi soruşulanların 26,8% aşağı pensiya və əməkhaqlarını Ermənistanın əsas problemi adlandırıb.
Sorğu iştirakçıları yalnız bu problemlərdən sonra Dağlıq Qarabağ münaqişəsini ölkə üçün 4-cü yerdə duran problem kimi qeyd ediblər. Rəyi soruşulanların yalnız - 26,1%-i Dağlıq Qarabağ münaqişəsini Ermənistan üçün əsas problem olaraq görüb.
banner

Oxşar Xəbərlər