Füzulidəki “Araz” qəzetinin redaksiyası bərpa ediləcək
1931-ci ildə Füzulidə yaradılmış "Araz” qəzetinin redaksiyası bərpa ediləcək.
APA-nın məlumatına görə bu barədə mədəniyyət naziri Anar Kərimov "Twitter” hesabında yazıb.
O, bildirib ki, "Araz” qəzeti Ermənistan işğalından əvvəl bölgədəki əsas media orqanı olub: "İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Biz onu bərpa edəcəyik”.