• cümə axşamı, 25 aprel, 09:30
  • Baku Bakı 14°C

Füzulidə işğaldan azad olunmuş ərazilərə keçmək istəyən 6 nəfər saxlanılıb

19.05.21 13:15 634
Füzulidə işğaldan azad olunmuş ərazilərə keçmək istəyən 6 nəfər saxlanılıb
Mayın 17-də saat 17 radələrində Füzuli rayonunun Alıxanlı kəndi ərazisində "Toyota” markalı avtomobilin sürücüsü işğaldan azad olunmuş əraziyə qanunsuz keçməyə cəhd etdiyi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumatına görə, avtomobildə olan sürücü, Sumqayıt şəhər sakini E.Qasımov və 5 sərnişini Füzuli RPŞ-yə gətiriliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq inzibati tənbeh tədbiri tətbiq olunub.

banner

Oxşar Xəbərlər