• cümə, 29 Mart, 03:46
  • Baku Bakı 7°C

Füzulidə düşmənin atıb qaçdığı silah-sursatın sayı açıqlanıb

17.10.21 14:50 401
Füzulidə düşmənin atıb qaçdığı silah-sursatın sayı açıqlanıb
Ötən müddət ərzində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində zəruri olan bütün tədbirləri yerinə yetirib, təhlükəsizliyin təmin edilməsi istiqamətində lazımi işlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən"Report"a verilən məlumata görə, işğaldan azad edilən zaman düşmənin atıb qaçdığı silah-sursatların aşkar edilməsi istiqamətində görülən tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən 38 müxtəlif təyinatlı raket sistemləri, 39 avtomat, 9 pulemyot, 14 qumbaraatan, 118 qumbara, minaatan qurğusu, xeyli sayda müxtəlif çaplı mərmi və minlərlə güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa keçirilmiş kompleks tədbirlər nəticəsində işğaldan azad edilmiş Qacar kəndi ərazisində yabanı halda bitmiş çəkisi 217 kiloqram olan 1 263 çətənə bitkiləri yığılaraq məhv edilib.
banner

Oxşar Xəbərlər