• çərşənbə, 01 May, 01:05
  • Baku Bakı 17°C

Füzuli rayonununda minaya düşən mülki şəxs vəfat edib

01.01.21 18:22 1092
Füzuli rayonununda minaya düşən mülki şəxs vəfat edib
Füzuli rayonununda minaya düşən mülki şəxs vəfat edib
Bu gün Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşmüş və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb.
Baş ProkurorluqdanAPA-ya verilən məlumata görə, Zabil Babayevin xəstəxanaya çatdırılıb lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, sonuncu aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

banner

Oxşar Xəbərlər