• cümə, 19 Aprel, 12:04
  • Baku Bakı 25°C

Futzalçılarımız bu gün Avropa çempionatında ilk matçına çıxır

22.01.22 10:53 378
Futzalçılarımız bu gün Avropa çempionatında ilk matçına çıxır
Bu gün Niderlandda keçirilən futzal üzrə Avropa çempionatı çərçivəsində Azərbaycan milli komandası ilk matçına çıxacaq.
Trend-in məlumatına görə, Azərbaycan D qrupunun ilk turunda Gürcüstanla qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qrupun digər matçında İspaniya Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar dörddəbir final mərhələsinə çıxacaq.
Futzal üzrə Avropa çempionatı yanvarın 19-dan fevralın 6-dək Niderlandın Amsterdam və Qroningen şəhərlərində keçirilir.
banner

Oxşar Xəbərlər