• cümə axşamı, 28 mart, 22:24
  • Baku Bakı 13°C

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının təsnifat mərhələsində ilk oyununu keçirəcək

04.09.16 10:15 1572
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının təsnifat mərhələsində ilk oyununu keçirəcək
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının təsnifat mərhələsinin oyunlarına sentyabrın 4-də start verilir.AZƏRTACAFFA-nın saytına istinadla xəbər verir ki, təsnifat mərhələsinin ilk turunda Azərbaycan milli komandası səfərdə San-Marino yığmasının qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Serravalle şəhərindəki "San Mariono” stadionunda başlayacaq.Oyunu Belçikadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sebastien Delferieredir. Ona İves de Neve və Jo de Veirdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandre Boukaut yerinə yetirəcək.Azərbaycan milli komandası "C” qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır.
banner

Oxşar Xəbərlər