• şənbə, 20 Aprel, 03:25
  • Baku Bakı 15°C

“Fransanın hər addımda ermənipərəst mövqe tutması doğru deyil”

11.01.19 16:35 549
“Fransanın hər addımda ermənipərəst mövqe tutması doğru deyil”
"Fransa Xarici İşlər Nazirliyi Mehman Hüseynov haqqında Azərbaycana qarşı diplomatik etika baxımından qeyri-etik hesab edilən münasibəti bildirməsi öz gözündə tiri görməyənlərin başqasının gözündə tük axtarmasına bənzəyir”.
Bu fikirləri Kaspi.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi: "Yaxşı olar ki, Fransada ilk növbədə "sarı jiletlilər”ə tutulan divanı xatırlasınlar, saxlanılan 4500- dən çox dinc nümayiş iştirakçısının hüquqları barədə düşünsünlər, sonra kiminsə məsələsinə hüquqi qiymət verməyə mənəvi haqları olsun. Paris küçələrində çarəsiz qalmış vətəndaşlar sosial problemlərinin həll edilməsi ilə bağlı mitinq keçirən zaman Fransa polisi ən qəddar zorakı metodlara əl ataraq elə Fransa konstitusiyasında əksini tapan vətəndaşların sərbəst toplaşmaq azadlıqlarını pozdu. Ölüm hadisəsinə qədər şiddətlənən bu zorakılıq əslində fransız polisinin qəddarlığının ənənəvi təzahürüdür. Çünki bu cür zorakılıq halları tez-tez təkrar olunan hadisədir”.
H.Məmmədovun sözlərinə görə, bütün bunlar azmış kimi hazırda Fransada dinc nümayişçiləri sərt şəkildə cəzalandırmaq üçün yeni qanun qəbul etməyə hazırlaşır: "Bu qanun Fransa konstitusiyasına zidd olduğu kimi demokratik dəyərlər adlandırdığımız qlobal və universal dəyərlərə də ziddir. İnsan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır. Qanun layihəsində mitinq iştirakçılarının xüsusi texniki vasitələrlə etiketlənməsindən (şifrələnməsindən) tutmuş ictimai asayişə dəyən ziyanın mitinq iştirakçıları tərəfindən ödənilməsinə qədər çox ciddi sanksiyalar nəzərdə tutulur. Heç bir demokratik ölkədə vətəndaşa qarşı belə amansız tədbirlər həyata keçirilmir. Ona görə də hər şeydən əvvəl Fransa hökuməti belə məsələlərə düzgün qiymət verməyi bacarmalıdır. Yoxsa hər addımında ermənipərəst mövqe tutmaq, Azərbaycan kimi ciddi tərəfdaş ölkəyə erməni eynəyi ilə baxmaq doğru deyil. Bu nə demokratiya və insan hüquqları baxımından, nə də beynəlxalq hüquq və ədalət baxımından doğru deyil”.


banner

Oxşar Xəbərlər