Fransada yeni aksiya: bu dəfəfə "qırmzı yaylıqlar" etiraz edir

Fransanın paytaxtı Parisdə ölkədə qayda-qanunun bərpasını tələb edən və "sarı jiletlərin" aksiyaları zamanı zorakılığa qarşı çıxış edən "qırmızı yaylıqlar" hərəkatı tərəfindən "Respublika marşı" keçirilir.
Aksiyada 7 avroluq futbolka almaq olar, onun bir tərəfində "Mən respublikamı sevirəm", digər tərəfində isə "Zorakılığa - yox" yazılıb.
Qeyd edək ki, aksiya iştirakçılarının əksəriyyəti orta yaşlı və yaşlı insanlardı.
Trend-in məlumatına görə, yağışlı və soyuq havaya baxmayaraq, aksiyada çoxlu sayda insan iştirak edir. Etirazçılar "Zorakılığa - yox", "İnstitutlarımıza - hörmət" kimi şüarlar səsləndirir.