• cümə axşamı, 25 aprel, 13:06
  • Baku Bakı 23°C

Fransada “terrorçu ovu” başlayıb, tutulanların sayı 7 oldu

08.01.15 11:42 878
Fransada “terrorçu ovu” başlayıb, tutulanların sayı 7 oldu
APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransanın baş naziri Manuel Vals (Manuel Carlos Valls) açıqlayıb. Lakin o, əsas şübhəlilər – Şərif və Səid Kaşi qardaşlarının hələlik azadlıqda olduğunu deyib. Baş nazir hadisənin arxasında bu şəxslərin dayandığına əmin olduğunu söyləyib.
M. Vals həbs olunanların sayını və adlarını açıqlamasa da, daxili işlər naziri Bernar Kaznyöv 7 nəfərin saxlanıldığını bildirib. Daha əvvəl şübhəli şəxslərdən biri – 18 yaşlı Hamid Murad polisə könüllü təslim olub. Lakin o, terrorda iştirak etmədiyini və alibiyə malik olduğunu bəyan edib.
Xatırladaq ki, yanvarın 7-də yerli vaxtla saat 11.30-da Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına silahlı hücum olub. Avtomat və qumbaraatanlarla silahlanmış şəxslər əməkdaşlara atəş açmağa başlayıb. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Basqınçılar Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmiş jurnaldan qisas aldıqlarını bildiriblər.
banner

Oxşar Xəbərlər